SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi 1 - 3 noyabr 2017 ci il I Bakı, Azərbaycan
  • SPE
  • Host Organisation: SOCAR

Əvvəlki XTKS tədbirlərindən rəylər 

"2014-cü ilin noyabr ayından Astanada keçirilməyə başlayan XTKS-nin şahidi və töhfəçisiyəm. Bu tədbir Xəzər regionunda beynəlxalq maraq və iştiraka səbəb olan nəhəng texniki cəmiyyət kimi yaradılıb və inkişaf edib. Hər panel, həm də texniki sessiyalar ölkədə Əməliyyat və Xidmət şirkətləri ilə regional problemləri çox peşəkarcasına əhatə edir. XTKS-nin texniki məzmununun inkişafı, həmçinin iştirakçıların sayının artması XTKS-nin əhəmiyyətini və inkişafını göstərir." 

Sameh Makari
Baş neft mühəndisi
Dragon Oil Turkmenistan
XTKS 2016

 

“Astanada keçirilən NMC konfrans və sərgisi Qazaxıstanda neft və qaz sənayesində istifadə olunan yeni texnologiyaların müzakirəsi və müxtəlif ölkələrdən olan mütəxəssislərin təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib və son dərəcə mühüm tədbirdir.”

Baltabek Kuandikov
Prezident
Qazaxıstan Neft Geoloqları Assosiasiyası
XTKS 2016

 

"Səmərəli texnoloji inkişaf hazırkı mühüm məsələlər üzrə ən yaxşı və peşəkar təcrübə mübadiləsi olmadan qeyri-mümkündür. Bu il Astanada keçirilən Xəzər Texniki Konfrans və Sərgisi Qazaxıstanın neft və qaz sənayesi üçün olduqca əlamətdar hadisədir."

Magzum Mirzagaliyev
Qazaxıstan Respublikasının Energetika Nazirinin Müavini
XTKS 2016

 

"NMC, neft və qaz sənayesində cari bazar şərtlərini nəzərə alaraq, Qazaxıstanda, dünya miqyasında və ümumiyyətlə ictimaiyyətdə rolu daha da artan neft və qaz sənayesinin inkişafı üçün resurslar təmin edir.”

Kristofer Hopkinson
Sədrin birinci müavini
KazMunaiGas
XTKS 2016

"Mən Bakıda keçirilən Xəzər Texniki Konfrans və Sərgisini çox bəyəndim. Bu, mənə bir çox faydalı məlumatlar verdi, bütün dünyada bir sıra peşəkarlarla görüşmək, texniki məqalələr oxumaq və neft kəşfiyyatı üçün yeni metod və texnologiyaları haqqında məlumat əldə etmək imkanı yaratdı.”

Nobel Upstream
XTKS 2015

 

"Bu konfrans çoxsaylı texniki görüşlər və şəbəkələşmə imkanı yaratmışdır."
Wartsila Gas Solutions
XTKS 2015

 

"Hazırda biz mürəkkəb zamanda yaşayırıq - neftin qiyməti aşağıdır və şirkətlərin sayı azalır… lakin mən hələ də düşünürəm ki, belə tədbirlərə getmək və birbaşa insanlarla ünsiyyətdə olmaq mühüm əhəmiyyət kəsb edir."
PetroMod
XTKS 2015

 

"XTKS-nin ilk dəfə Astanada keçirilməsi regionu dünyanın hər yerindən NMC üzvlərinə açmış, beynəlxalq və yerli neft və qaz mütəxəssisləri üçün bilik mübadiləsi platforması kimi xidmət göstərmişdir."

Şimali Xəzər Əməliyyat Şirkəti
XTKS 2014

 

"XTKS, bu region ilə maraqlanan bütün insanlar üçün çox gözəl şəbəkələşmə imkanları yaradan böyük tədbirdir.”
Chevron
XTKS 2014