2014 Tədbir

2014-cü ildə Astanada (Qazaxıstan) keçirilən Neft Mühəndisləri Cəmiyyətinin İllik Xəzər Texniki Konfransı və Sərgisinin uğurlu başlanğıcı

Neft Mühəndisləri Cəmiyyətinin başlanğıc İllik Xəzər Texniki Konfrans və Sərgisi noyabr ayının 12-14-də Astanada (Qazaxıstan), “Korme” Sərgi Mərkəzində keçirildi. Bu unikal tədbir, Xəzər neft və qaz sənayesinin 500-dən artıq əsas oyunçularını, yerli və beynəlxalq ekspert və qlobal təchizatçılarını bir araya gətirərək texniki bilik, təcrübə və innovasiyaları bölüşmək və regionda baş verən ən müasir problemlər və inkişaf məsələlərini müzakirə etmək üçün imkan yaratdı. Shell tərəfindən keçirilən və Qazaxıstanın Enerji Nazirliyi və KAZENERGY Assosiasiyası ilə əməkdaşlıqda təşkil olunan bu tədbir Neft Mühəndisləri Cəmiyyətinin Xəzərdə bu miqyasda təşkil etdiyi ilk tədbirlərdən biri oldu.

conference preview
2014-cü il Konfrans Proqramını yüklə

Text Box:

Kris Hopkinson (Chris Hopkinson), Sədrin birinci müavini, “KazMunayQaz", Asset Maqauov, Baş direktor, KAZENERGY, Maqzum Mirzaqaliyev (Magzum Mirzagaliyev), Nazir müavini, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Helqa Hov Haldorsen (Helge Hove Haldorsen), 2015 Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti, Ted Etçison (Ted Etchison), Başəməliyyat meneceri, "Tengizşevroyl

Çıxış edənlər hökumət, rabitə operatorları, servis provayderləri, məsləhət firmaları və enerji tədqiqat şirkətlərinin ən yüksək eşelonlarından cəlb olundular, o cümlədən, Maqzum Mirzaqaliyev (Magzum Mirzagaliyev), Nazir müavini, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Kiron Makfadyen (Kieron McFadyen), BM Excellence Vitse-prezidenti, Shell, Asset Maqauov, Baş direktor, KAZENERGY, Daurjan Auqambay (Daurzhan Augambay), Sədr, KAZSERVICE, Kris Hopkinson (Chris Hopkinson), Sədrin birinci müavini, “KazMunayQaz", Ted Etçison (Ted Etchison), Baş əməliyyat meneceri, "Tengizşevroyl”, Damiano Ratti, Baş director, Karaçaqanak Petroleum Operating (KPO), Frank Kazulo (Frank Cassulo), Avrasiya Biznes Qrupunun Baş meneceri/İdarəçi direktor müavini, Şevron, Bruno Jardin, İstehsalat direktoru, EkssonMobil (ExxonMobil), Piter Kostello (Peter Costello), “BG Kazakhstan” şirkətinin Prezidenti, Paulo Cirodi (Paulo Giraudi), İstehsalat direktoru, AGİP Karaçaqanak (AGIP Karachaganak), Gökxan Sayqı (Gokhan Saygi), Prezident, Şlyumberje (Schlumberger), Rusiya və Mərkəzi Asiya və bir çox başqaları. Tədbir rəsmi olaraq Neft Mühəndisləri Cəmiyyətinin 2015-ci il Prezidenti Helqa Hov tərəfindən açıldı. his vision on SPE 2.0

Üç gündən artıq sürən tədbirdə dörd yüksək səviyyəli panel müzakirələrdə aparıcı sənaye ekspertləri tərəfindən neft və qaz texnologiyalarının uzunmüddətli inkişafını əhatə edən gələcək strategiyalar, neft və qaz nəqlində qarşıda duran vəzifələr, yerli potensialın gücləndirilməsi və biliklərin ötürülməsi və texnologiya vasitəsilə kəşfiyyat və hasilat göstəricilərinin artırılması açıq şəkildə müzakirə edildi.

Çıxış edənlər qrupuna Dunkan van Bergen, Vitse-prezident, Qazaxıstan, Shell, Murat Minbayev (Murat Mynbayev), HM, "Tengizşevroyl”, Con Riçard Denis (John Richard Denis), Baş direktor, KAZMUNAYQAZ, Hasilat və Qazma Texnologiyaları Elmi-tədqiqat İnstitutu, Kairgeldi Kabıldin (Kairgeldy Kabıldin), KAZMUNAYQAZ Baş direktor müavini/Kaztransoyl Baş direktoru, Timur Rakxanov (Timur Rakhanov), Baş Direktor, Qazaxıstan Boru Kəməri Müəssisəsi MMC, Baltabek Kuandıkov (Baltabek Kuandykov), Avrasiya Layihəsinin Baş koordinatoru və Nurpeisov Marat Sailaubekoviç, "Kor" MMC Neft Şirkətinin  Baş direktoru daxil edilmişdir.

Magzum Mirzagaliyev, Vice-Minister, Ministry of Energy of the Republic of Kazakhstan, Helge Hove Haldorsen, President, Society of Petroleum Engineers, Ted Etchison, General Manager Operations, TCO. 

Student Development Summit

Konfransın proqramı üzrə 18 texniki iclasda əsas diqqət Qazaxıstanda və daha geniş olan Xəzər regionunda kəşfiyyat və hasilat (E&P) sənayesi qarşısında duran məsələlər üzərində cəmləşdirilmişdir. Qazma və tamamlama işləri, quyuiçi işləri, kollektor xarakteristikalarını və modelləşdirməni əhatə edən 54 texniki sənəd təqdim edilib; tematik araşdırmalar, işlərin və ətraf mühitin optimallaşdırılması məsələləri müzakirə edilmişdir.

İstedadların inkişafına xüsusi yer verən, Enerji Nazirliyi və KAZENERGY Assosiasiyası tərəfindən dəstəklənən, sponsorluğu Kazmunayqaz, Maersk Oil, BG Qazaxıstan, Şlyumberje və INPEX tərəfindən həyata keçirilən Regional Tələbə İnkişaf Sammitinə Azərbaycan, Qazaxıstan və Rusiyadan gələn tələbə qruplarından 60 tələbə özünün interaktiv təlim təcrübəsini əldə etmək üçün bir araya toplandı. Texniki və sosial biliklərə və layihərə əsaslanan  təqdimat və fəaliyyət və həmyaşıdlarla şəbəkələrdə fikir mübadiləsi aparmaq imkanlarından qarışıq proqramla əhatə edilmiş tələbə tədbirində iri sənaye liderləri və əməkdaşları iştirak etdilər. Əsas məruzələr Qazaxıstan Respublikası Energetika Nazirliyinin Nazir Müavini Maqzum Mirzaqaliyev və Helqa Hov tərəfindən təqdim edildi.

Bağlanış günü iştirakçılara həm "Şell" şirkətinin keçmiş Regional təmsilçisi Kempbell Keir (Campbell Keir), həm də Neft Mühəndisləri Cəmiyyəti tərəfindən belə bir məlumat verildi ki, Neft Mühəndisləri Cəmiyyəti Qazaxıstanın kəşfiyyat və hasilat texnologiyasının yol xəritəsində göstərilmiş konkret tematik seminarlar və tədris tədbirləri üzərində qurulacaqdır.

2014-cü il İllik Xəzər Texniki Konfrans və Sərgisi Qazaxıstan Respublikasının Energetika Nazirliyi, KAZENERGY Assosiasiyası tərəfindən dəstəklənmiş, Shell tərəfindən təşkil edilmiş və aparıcı neft və qaz şirkətləri olan Eksonmobil, Kazmunayqaz, Şevron, Tengizşevroyl, Şlyumberje, Beyker Hyuz (Baker Hughes), BG Qazaxıstan, Weatherford və Inpeks sponsorluğu ilə təşkil olunmuşdur. Dəstəkləyən birlik və tədris müəssisələri Kazmunayqaz MMC-in Hasilat və Qazma Texnologiyaları Elmi-tədqiqat İnstitutu AMCHAM, KAZSERVİCE, Qazaxıstan Neft Geoloqları Birliyi, KING və Texnoloji İnkişaf üzrə Milli Agentlik oldu.

Daha ətraflı məlumat almaq üçün 2014 tədbir veb saytını ziyarət edin və ya 2014 konfrans proqramı2014 tələbə proqramı yükləyin. 2015-ci ilin tədbiri noyabr ayının 4-6-da Bakıda (Azərbaycan) keçiriləcəkdir.