“BAŞ SƏHİFƏ/KONFRANS HAQQINDA”

Astanada (Qazaxıstan) Neft-qaz Mühəndisləri  Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki konfrans və Sərgisinin uğurla keçirilməsindən sonra, ikinci görüş Bakı şəhərində (Azərbaycan) keçiriləcək.

Bu tədbir həm regional, həm də dünya miqyasında karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı sahəsində texniki məsələ və layihələrə həsr edilib, neft-qaz sahəsində mütəxəssislərin geniş dairəsinin iştirakını nəzərdə tutur və əlaqələrin yaradılmasına, qabaqcıl təcrübə və novator ideyaların mübadiləsinə  müstəsna imkanlar yaradır.

AUDİTORİYA

  • neft-qaz şirkətlərinin mütəxəssisləri, ekspertləri və rəhbərləri
  • servis, konsaltinq şirkətləri və təchizatçı şirkətlər
  • dövlət nəzarət orqanları
  • sağlamlığın, əməyin və ətraf mühitin qorunması üzrə təşkilatların mütəxəssisləri və nümayəndələri;
  • yerli, milli və beynəlxalq dövlət təşkilatları;
  • qeyri-hökumət təşkilatları;
  • peşəkar assosiasiyalar
  • universitetlər, elmi-tədqiqat mərkəzləri və institutlar.

İllik Xəzər Texniki Konfrans və Sərgisində iştirak üçün əsas səbəblər:

  • Xəzər regionunun əsas problemlərinin öyrənilməsi üçün mütəxəssislərin əsas iclasları;
  • bilik, qabaqcıl üsul və təcrübə mübadiləsi üçün elmi işlərin təqdimatlarına əsaslanan hərtərəfli texniki proqram;
  • əlaqələrin qurulması üçün müstəsna imkanlar;
  • sahədə cari problemlərin və tendensiyaların konstatasiyası və müzakirəsi

“Belə bir prestijli NMC texniki konfrans və sərgisinin Bakıda keçirilməsi burada, Xəzər regionunda neft və qaz sahəsinin daha da yaxşı dərk edilməsi üçün, həmkarların onlara maraqlı olan məsələlər barədə fikir və təcrübə mübadiləsi aparması üçün fantastik bir imkandır. Mən bu sahə ilə bağlılığı olan hər kəsi həqiqətən də dəyərli olan bu texniki tədbirdə iştirak etməyə və ondan yararlanmağa dəvət edirəm.”
Martyn Smith, BP-nin Yataqların İşlənməsi üzrə Vitse-Prezidenti