GEDİŞ VƏ YERLƏŞMƏ


Görüş yeri / Səfər

Neft-Qaz Mühəndislər Cəmiyyəti (SPE) öz növbəti İllik Xəzər Texniki konfrans və sərgisini 4 – 6 noyabr ecazkar Bakının Flame Towers kompleksinin hissəsi olan "Fairmont Baku" otelində keçirəcək. Bakı şəhərinin ən hündür hissəsində yerləşən Azərbaycanın əfsanəvi rəmzi olan Alov Qüllələri kompleksinin bir hissəsi olan bu otel dünya səviyyəli möhtəşəm oteldən gözlənilən bütün növ vasitələr və xidmətləri təklif edir.

Otel axtarışındasınız?

Əgər sizə qalmaq üçün otel lazımdırsa, Fairmont Baku oteli səhər yeməyi daxil olmaqla gecəsi 165 AZN başlayaraq xüsusi otaqlar təklif edir.  Otaqların sifariş formasını yükləmək üçün buraya klikləyin.

Səfər haqqında məlumat

Təyyarə ilə səfər etdikdə, taksidən, avtobusdan, ictimayyi nəqliyyatın digər növlərindən istifadə edə bilərsiniz. Görüş yerinə çatmaq məqsədi üçün xəritəyə və istiqamətlərə baxmaq üçün buraya klikləyin.

Vizalar

Azərbaycana daxil olmaq məqsədi ilə vizanın lazım olub-olmamasını öyrənmək üçün, Azərbaycan aeroportunun vebsaytına baş şəkin. Viza müraciət dəstəyi və ya dəvət məktubunun alınması ilə bağlı, lütfən SPE ofisinə müraciət edin.

Aeroport

Heydər Əliyev adına Bakı Beynəlxalq hava  limanı paytaxt Bakıdan 20 km şimal-şərq istiqamətində yerləşir və şəhərlə yüksək keyfiyyətli yollarla bağlanır.

Hava limanı və Bakının mərkəzi arasında  mikroavtobus işləyir (marşrutun nömrəsi: 116). Avtobuslar  30 dəqiqə fasilə ilə səhərdən gecənin gec vaxtına qədər işləyirlər.

Yol 30-40 dəqiqə çəkir. Gediş haqqı 30 qəpik təşkil edir (0,25 funt sterlinq/0,38 ABŞ dolları)