Media Tərəfdarı

Azerbaijan News Network

Azerbaijan News Network

ANN.Az xəbər portalı 2010 cu ilin mart ayından fəaliyyətə başlayıb. Qısa bir müddət ərzində sayt böyük ugurlara nail olub. Sayt 3 dildə 24 saat fəaliyyət göstərir.

ANN.Az Bakı 2015 ilk Avropa Oyunlarına, İTECA Caspian və Xəzər – Avropa İntegrasiya İşgüzar Klubuna media dəstək göstərir.

AZERNEWS

AZERNEWS

AZERNEWS is an online newspaper, which reports about Azerbaijan and the entire Caspian region.

We cover trends and developments in all major sectors of the Azerbaijani economy, including real estate, telecommunications, construction, finance, banking, tourism, industry, and energy, and are one of the most comprehensive online newspapers available in our country.

AZERTAC

AZERTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC 1920-ci ildə yaradılıb. Agentlik Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində informasiya yayır. Həmçinin agentliyin videosaytı və Uşaq Bilik Portalı fəaliyyət göstərir. Agentlik 40 ölkənin informasiya agentliyi ilə tərəfdaşlıq edir, onun 21 olkədə və Azərbaycanın bütün regionlarında müxbir məntəqəsi var.

CASPIAN ENERGY INTERNATIONAL MEDIA GROUP

CASPIAN ENERGY INTERNATIONAL MEDIA GROUP

CASPİAN ENERGY - Caspian Energy International Media Group beynəlxalq şirkətinin aparıcı informasiya-analitik jurnalıdır.

Caspian European Club informasiya dəstəyi ilə 28 may 1999-cu ildən dərc olunur. Jurnal həmçinin Xəzər-Qara dəniz regionu, Aİ və MDB ölkələrində keçirilən bütün tematik sərgi və konfranslarda yayılır. 

Bütün çap nəşrlər  rus və ingilis dillərində 10000 nüsxə ilə dərc olunur, Caspian Energy International Media Group abunəçiləri və Caspian European Club (CEIBC) üzvləri arasında yayılır.

Oil & Gas Technology

Neft və qaz texnologiyası

Neft və qaz texnologiyası, bu sahədə müşahidə olunan inkişafı və Qərb bazarlarını özündə birləşdirir. Biz, neft və qaz texnologiyası haqqında xəbərləri, xidməti məlumatın daşıyıcıları ilə eksklüziv müsahibələri, kəşfiyyat və hasilat, neft emalı və neft satışı, boru xəttləri və habelə dünya iş bazarı haqqında analitik fikirlərimizi çatdırırıq. Qeydiyyatdan keçib həftəlik məktubların və elektron jurnalların pulsuz alınmasına nail ola bilərsiniz.

The Oil & Gas Year

NEFT VƏ QAZ İLİ

NEFT VƏ QAZ İLİ, dünya üzrə enerji resursları üzrə illik məruzələrin və tədbirlərin eksklüziv seriyasıdır. TOGY məruzələri neft ilə zəngin 30 regionu əhatə edir, beynəlxalq enerji industriyasının aparıcı şəxslərin verdiyi müsahibələri, hərtərəfli məqalələri, təhlil və resursları əhatə edir.  Neft və Qaz İli qlobal enerji industriyasının liderlərinin “Who is Who” ensiklopediyasıdır.

Nedra Publisher

“Nedra” nəşriyyatı

1964-cü ildən fəaliyyətə başlayan “Nedra” nəşriyyatı elmi-texniki ədəbiyyatın nəşrində (birlikdə 30 000 çox müxtıəlif nəşrlər) zəngin tarixə malikdir. 2013-cü ildən başlayaraq “Nedra” nəşriyyatı Oil&Gas Journal Russia və Offshore [Rusiya] jurnallarını PennWel şirkətinin lisenziyası ilə nəşr edir. Bundan başqa, tərcüməçi şirkətlərin reytinq cədvəlinə görə “Nedra” tərcümə bürosu Rusiyanın ən mükəmməl tərcümə təşkilatlarının birinci 20-liyinə daxildir.

Oil & Gas Journal Russia

Oil & Gas Journal Russia jurnalı

İlk dəfə 1902-ci ildə işıq üzü görmüş Oil & Gas Journal jurnalı bir əsrdən çoxdur ki, dünyanın ən populyar nəşrlərindən birinə, dünya neft və qaz sənayesində ən geniş yayılan jurnalına çevrilmişdir. Oil & Gas Journal beynəlxalq yenilikləri, analitik, texnoloji və elmi məqalələri, bazar icmallarını və statistika məlumatını öz səhifələrində dərc edir. Oil&Gas Journal jurnalının rus dilli nəşri PennWell Corp. şirkətinin lisenziyası ilə “Nedra” nəşriyyatında buraxılır.

Offshore [Russia]

Offshore [Rusiya] jurnalı

Offshore jurnalı, dəniz şəraitində karbohidrogen ehtiyatlarının kəşfiyyatına və hasilatına tam olaraq həsr edilmiş ilk peşəkar nəşrdir. Onun ilk nömrəsi 1954-cü ildə ABŞ-da işıq üzü görmüşdür. Hal-hazırda isə, Offshore jurnalı, dünyanın dəniz şəraitində aparlan neft və qaz kəşfiyyatı və hasilatı sahəsində baş verən əsas olayları və hökm sürən meylləri, bu sahədə dünyada aparılan əməliyyatları əks etdirən tanınmış qlobal liderdir. Offshore jurnalının rus dilli nəşri PennWell Corp. şirkətinin lisenziyası ilə “Nedra” nəşriyyatında buraxılır.

Petroleum Journal

“Petroleum” jurnalı

“Petroleum” jurnalı 2000-ci ildən Qazaxstanın Almatı şəhərində buraxılır. Qazaxstanın neft və qaz sahəsini haqqında bəhs edən bu yüksək səviyyəli analitik jurnal investorlar, siyasi alimlər və iqtisadiyyatçılar üçün nəşr edilir. Sərmayə qanunverciliyinə nəzarət, yeni layihələr, yataqların işlənməsi, neft və qazın hasilatı, emalı və nəqli, şirkətlərin təqdimatı, aparıcı nazirliklərin rəhbərləri ilə müsahibələr, karbohidrogenlərin hasilatına dair statistika məlumatı jurnalın əsas mövzularındandır. Jurnala illik abunənin qiyməti Qazaxstanda 27 600 tenqe, Qazaxstandan kənarda isə 320 ABŞ dollarıdır. Jurnalın dili  ingilis və rus dilidir.

ROGTEC

ROGTEC jurnalı

Rusiyanın kəşfiyyat və hasilat sahəsinə həsr olunmuş “Rogtec” və ya “Russian Oil and Gas Technologies” dərgisi 60 ildən çox təcrübəyə malik olan peşəkar mütəxəssislərin köməyi ilə 2005-ci ilin əvvəlində yaranmışdır. Qlobal bazarın ən son texnologiyalarını təşviq edilməsi məqsədini qarşısına qoyaraq “ROGTEC” jurnalı ən qısa müddətdə aparıcı jurnal adını qazanmağa müvəffəq olmuşdur. Bazarların aparıcı şirkətləri və sənaye müəssisələri ilə sıx əməkdaşlıq edən “ROGTEC” jurnalı nadir məzmuna və bazar haqqında peşəkar biliklərə malikdir. Rüblük çap olunan “ROGTEC” jurnalı Rusiya Federasiyası və Qafqaz regionunun neft-qaz mühəndislərinə, yerli və beynəlxalq neft və qaz şirkətlərinə, habelə Saxalin adası kimi uzaqlıqda yerləşən neft yataqlarının rəhbər işçilərinə pulsuz paylanır. Bazar iştirakçılarının rəyi birmənalıdır – “Rogtec” jurnalı mühəndislərin seçimidir!

Kazakhstan Business Magazine

QAZAXSTAN BEYNƏLXALQ BİZNES JURNALI

Jurnalın missiyası, Qazaxstanın iş adamlarına biznes əlaqələrini genişləndərməkdə, bu əlaqələrin daxili və xarici bazarlarda uğurla irəliləməkdə kömək etməkdir. Neft və qaz, dağ-mədən və energetika, nəqliyyat və telekommunikasiya, maliyyə və bank, kənd təssərüfatı və iqtisadiyyatın digər sahələri bu jurnalın diqqət mərkəzindədir. Jurnalımızın oxucuları sərmayə və biznes qurumlarının rəhbərləri, yerli şirkətlərin və inkişaf məsələləri üzrə təşkilatların rəhbər işçiləri, mərkəzi dövlət agentliklərinin təmsilçiləri, parlament üzvləri, diplomatlar, özəl investorlar və müstəqil ekspertlərdir. www.investkz.com məlumat analitik veb portalı yerli və beynəlxalq biznes üçün məlumat mənbəyi kimi Qazaxstanbeynəlxalq biznes jurnalının mövqelərini daha da gücləndirir.

“Azeri Press” Agency (APA)

"Azəri-Press" Agentliyi (APA)

Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.

Gasoil Press

PH “Qazoyl press”, “Qazovaya promışlennost” jurnalı

“Gasoil press” nəşriyyatı, neft və qaz sahəsi ilə, bu sahəyə qonşu olan digər sahələr ilə bağlı elm, texnologiya, tədris ədəbiyyatını, tarix memuarlarını, bədii ədəbiyyatı, uşaqlar üçün ədəbiyyatı, poster, təqvim və fotoalbomlar nəşr edir.

Oilfield Engineering

Oylfild İnjinirinq –"Mühəndis praktikası " Qaz və neft jurnalı

Aylıq jurnalda neft və qaz sahəsinin inkişafının bütün əsas istiqamətlərində,  o cümlədən, quyuların inşası və təmiri, mexanikləşdirilmiş qazma işlərinin təşkili və idarə edilməsi, GIS təkmilləşdirilməsinin idarə olunması, BBS, quyuların sınağı, karbohidrogenlərin hasilatı və emalı və s. Toplanan ən son təcrübə haqqında bəhs edilir.