Sədrlər ilə tanış olun

Xoşbəxt Yusifzadə 

Konfransa sədrlik edənlər
Xoşbəxt Yusifzadə   
ARDNŞ-nin birinci vitse-prezidenti

Xoşbəxt Yusifzadə, Azərbaycan Milli Akademiyasının,  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü, Gürcüstan Milli Akademiyasının xarici üzvü, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, geologiya-mineralogiya elmləri doktorudur. O, 1930-cu il yanvarın 14-də Bakıda anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasını) “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı”ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyatını Neft Daşları NQÇİ-də böyük geoloq vəzifəsindən başlamışdır. 1970-ci ildən etibarən ”Xəzərdənizneftqazsənayə”birliyinin baş direktorunun müavini, baş geoloq vəzifələrində işləmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, 2004-cü ildən etibarən ARDNŞ-nin birinci vitse-prezidentidir.

Öz namizədlik dissetasiyasını o, 1960-cı ildə, 1987-ci ildə isə Moskva şəhərində doctorluq dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 193 çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, bir çox ixitira və patent müəllifidir. X.Yusifzadə Müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatlarına, o cümlədən “İstiqlal”, “Şərəf”, “Şöhrət”ordenlərinə  layiq görülmüşdür. O həmçinin keçmiş SSRİ-nın Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı ilə təltif edilmişdir. Onun mükaftları və fəxri adları arasında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz Medalı vardır. O, iki dəfə Azərbaycan Respublikasının Dövlət Mükafatına, Türk Dünyasının Fəxri Alimi adına layiq görülmüşdür. Onun fəxri adları arasında Azərbaycan SSR-nın fəxri mühəndisi, Azərbaycan Respublikasının fəxri mühəndisi, SSRİ-nın fəxri neftçisi, Yer təkinin fəxri kəşfiyyatçısı kimi adlar vardır.
Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində görkəmli xidmətlərinə görə X. Yusifzadə YUNESKO-nun xüsusi medalı ilə təltif olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilmişdir.

 

Martin Smit (Martyn Smith)

Konfransa sədrlik edənlər
Martin Smit (Martyn Smith)
Yataqların işlənməsi üzrə vitse-prezident, BP

Martin Smith hal-hazırda Azərbaycan/Gürcüstan/Türkiyə regionunda layların işlənməsi üzrə vitse-prezident vəzifəsində çalışır, BP və onun tərəfdaşlarının adından bütün layların idarə edilməsinin və işlənməsinin planlaşdırılmasına görə məsuliyyət daşıyır. O, 1994-1998-ci illərdə Xəzər dənizi regionunda biznesin inkişafına dair Bakıda çalışmış, 2012-ci ilin ortalarında bu şəhərə yenidən qayıtmışdır. Bundan qabaq o, 6 il ərzində BP şirkətinin Misir ofislərində bir sıra vəzifələrdə, o cümlədən layların işlənməsi üzrə vitse-prezident, OBO (Digərlərinin idarə etdiyi) BM menecer vəzifəsində çalışmışdır. 2003-2006-cı illərdə Martin Smit Moskvada TNK-BP birgə müəssisəsində layların işlənməsi üzrə rəhbər vəzifəsində işləmişdir.

1985-ci ildən etibarən BP şirkətində işləməyə başlayarkən Smit, Böyük Britaniyada, Alyaskada, Hyustonda və Yaxın Şərqdə layların işlənməsi və kəşfiyyatı üzrə vəzifələrdə çalışmış, habelə BP şirkətinin korporativ mərkəzində funksional vəzifəni yerinə yetirmişdir. O, Kardiff Universitetini geofizika ixtisası üzrə bitirmiş, Henli Menecment Kollecində MBA dərəcəsini almışdır.