İŞTİRAK EDƏN TƏRƏFDAŞLAR

In participation with:

ASPG

1993-cü ildə təsis edilmiş Azərbaycan Neftçi Geoloqlar cəmiyyəti (ASPG) 1994-cü ildə Amerika Neftçi Geologlar Assosiyasiyasına (AAPG) qəbul olunmuşdur. ASPG 10 beynəlxalq konfrans keçirmişdir, onların bir hissəsini AAPG və EAGE birlikdə təşkil etmişdir. ASPG habelə 9 yerli Respublika konfranslarının, bir çox seminar, simpozium və ekspedisiyaların təşkilatı ilə məşğul olmuşdur. ASPG “Azərbaycanın geologu” adlı aylıq elmi-informasiya bülletenini nəşr edir. ASPG tələbələri də unutmur, o, 20 illik tələbə konfransları, xüsusi dərslər, ekspedisiyalar və texnoloji günlər keçirir və bu istiqamətdə tələbələrə peşələrini, fəaliyyət sahələrini seçməkdə kömək edir.

EAGE Azərbaycan təşkilatı

EAGE Azərbaycan təşkilatı, EAGE (www.eage.org) hissəsi kimi öz fəaliyyətini 30 oktyabr 2002-ci ildə başlamışdır. EAGE, geologiya alimlərinin və mühəndislərinin assosiaysiyası kimi, dünya üzvlük təşkilatıdır. O, dünyanın bu sahədə fəaliyyət göstərən peşakarları üçün bilik və təcrübə meydançasıdır. 2003-ci ildən etibarən EAGE LС Azerbaijan təşkilatı Azərbaycan Neftçi Geoloqlar cəmiyyəti (ASPG) ilə birgə fəaliyyət göstərir.

2010-cu ilin əvvəlində LС EAGE Azerbaijan təşkilatının təşəbbüsü ilə EAGE Azərbaycan təşkilatı, Azərbaycan Neftçi Geoloqlar cəmiyyəti və Milli Azərbaycan geofiziklər komitəsi (NCGA) arasında əməkdaşlığa dair üç tərəfli saziş bağlanmışdır. Bu sazişin məqsədi, fəaliyyəti birgə genişləndirmək, operativ informasiya mübadiləsi üçün imkanlar yaratmaq idi.  LС EAGE Azerbaijan təşkilatına ilk günüdən başçılıq edən, bu təşkilatın prezidenti doktor Akif Nərimanovun rəhbərliyi ilə bu birliyin fəaliyyətini koordinasiya etmək məqsədi ilə rəhbər orqan yaradılmışdır.

Kəşfiyyatçı Geofiziklər Cəmmiyyəti (SEG)

Kəşfiyyatçı Geofiziklər Cəmmiyyəti (SEG) 1930-cu ildə yaradılan qeyri-kommersiya təşkilatıdır və öz fəaliyyətini geofizikanın hərtərəfli inkişafına yönəltmişdir. SEG  həqiqətən də beynəlxalq təşkilatdır və 140-dan çox ölkədə 33000 artıq üzvü vardır. Təşkilat vəzifəsini nəşr etdiyi jurnallar, keçirdiyi konfrans və forumlar, həmçinin öz internet səhifəsi və yaratdığı təhsil imkanları vasitəsilə həyata keçirir. 1993-ci ildən başlayaraq Azərbaycan Milli Geofizika Komitəsi (AMGK) həmçinin SEG-ın Azərbaycanda yerli bölməsi kimi fəaliyyət göstərir.

AMGK (Azərbaycan Milli Geofizika Komitəsi)

AMGK (Azərbaycan Milli Geofizika Komitəsi) 1993-cü ildə yaradılmışdır və fəaliyyətini Azərbaycanda və digər ölkələrdə müxtəlif tədqiqatların aparılmasına, Azərbaycan geofiziklərinin beynəlxalq geofiziki cəmiyyətlərlə əlaqəsinin inkişafına, yerli və beynəlxalq konfrans və seminarların keçirilməsinə həsr etmişdir. AMGK iki ildən bir beynəlxalq geofizika konfranslarının keçirilməsini artıq bir ənənəyə çevirmişdir. Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti ilə birgə keçirilən bu konfranslar bütün dünya üzrə aparıcı mütəxəssisləri bir yerə gətirərək geoelmlərin gələcək inkişaf istiqamətlərini təyin etməyə şərait yaradır.