Sponsorluq

147-dən artıq ölkədə çoxdan bəri  ad-san qazanmış Neft Mühəndisləri Cəmiyyəti sayəsində Xəzər Texniki Konfrans və Sərgisi daim neft və qaz sənayesi sahəsindəki yüksək səviyyəli auditoriyanı cəlb etməkdədir. Neft Mühəndisləri Cəmiyyəti, tədbirin bütün aspektlərinin uğurlu olacağını təmin etmək üçün tədbirlə əlaqədar yaradılmış, aparıcı sənaye təşkilatların və xarici hökumətlərin nümayəndələrindən ibarət İcraiyyə Komitəsinin üzvləri, eləcə də beynəlxalq və yerli informasiya vasitələri ilə sıx əməkdaşlıq edir.

Beynəlxalq ictimaiyyətin güclü dəstəyi ilə Xəzər Texniki Konfrans və Sərgisi təşkilatınızı Xəzər regionunda neft və qaz sənayesinin kəşfiyyat və hasilat  (apstrim) segmentindəki rəhbər və mütəxəssislər qarşısında səmərəli şəkildə təqdim edəcəkdir. Sizin brend bu gündən etibarən 2015-ci il Noyabr ayının 4-6-da keçiriləcək tədbirə qədər göstəriləcəkdir.

Sponsorluq paketləri USD 7,000 funt sterliqdən başlayır. Xəzər regionundakı bu tədbirə necə qoşula biləcəyinizi öyrənmək üçün Neft Mühəndisləri Cəmiyyəti ilə əlaqə saxlayın.

2015-ci ilin Sponsorluq paketləri ilə burada tanış ola bilərsiniz. 

Əlaqə

Fil Çendler (Phil Chandler)
Satış və Biznesin İnkişafı üzrə Baş menecer 

+44(0) 203 595 2795

 

“Chevron Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (NMC) 2014 -cü ildə Qazaxıstanın Astana şəhərində keçirilmiş Birinci Xəzər Texniki Konfransının Qızıl Sponsoru olmaqdan qürur duyur. Üç günlük konfrans texniki bilik mübadiləsi aparmaq, neft-qaz sahəsinin ümdə problemlərini müzakirə etmək, yerli və beynəlxalq müsbət təcrübəni və innovasiyaları öyrənmək üçün əla imkan olmaqla yanaşı həm də xarici və Qazaxıstan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial yaratmış oldu”.
Frank Cassulo, Chevron şirkətinin İdarəedici direktor müavini