Gün 1 - Texniki Proqram

ÇƏRŞƏNBƏ, 4 NOYABR, 1400–1530

1-ci texniki sessiya: Yatağın işlənməsinin optimallaşdırılması məqsədi ilə lay göstəricilərinə nəzarət

Grand Ballroom A

Sessiya sədrləri: Cabbar Bayramov, BP və Thiago Goncalves, Schlumberger

Layların idarə ediləməsində rast gəlinən texniki problemlər, layın geologiyası, petrofizikası və geomexanikasının dəqiq anlaşılması ilə bağlıdır. Əldə edilən bilik, müxtəlif tükənmə variantlarından ən səmərəlisini seçilməsi üçün bütün bu variantların qiymətləndirilməsinə, modelləşdirilməsinə, simuyasiyasına kömək edir. Başlıca lay göstəricilərini dərk etməklə, maye axınını və layın maksimum məhsuldarlığını qabaqcadan daha dəqiq təyin etmək mümkündür.

Lay göstəricilərinə nəzarət, ardıcıl tükənmə planını işləyib hazırlamaq üçün layın idarə olunmasının başlıca elementlərindən biridir. Nəzarət texnologiyasının irəliləyişi, hazırkı alət və üsulların yaradıcı istifadə yolları, bir neçə layların qarışıq hasilatı, su və qaz injeksiyaların aparılması, işləməyən karbohidrogen sahələrin təyin edilməsi kimi layların idarə olunma üsullarını daha da mükəmmələşdirir.

177325

Hədli xüsusi keçiriciliyi olan qüsurların yaxınlığında parçalanmış quyuların yeni keçici həlli; Parçalanma nəticəsində yaranan çox çatlarda axın problemi
Feyzal Məhəmməd Alsavad, Saudi Aramco

177328

AÇG yatağının Azəri hissəsində laylara nəzarət layların bağlılığını daha dərin dərk edilməsinə kömək edir.
Nəciyə Şekyurovna Kuramşina, BP

177329

Səs nəzarəti: Xəzər dənizində seysmik kəşfiyyat işlərinin planı
Cozef Cakson, BP

177330

Suyun vurulma hədəfinin yerini planlaşdırmaq məqsədi ilə adi nəzarət verilənlərin VÖS (DTS) ilə inteqrasiyası
Aydın Cahangir İsmaylov, BP Azərbaycan, Paul Lokke, Elshan Rzayev and Maria Lum Kin, BP

177331

Arxı doydurma əmsalını (n) qiymətləndirmək məqsədi ilə petrofiziki üsul; İraq neft yataqlarının karbonatlı, gilli qumlu laylarından alınmış konkret misallar
MazinAl-Hilali, Baker Hughes

177332

Mürəkkəb layların keçiricilik davranışını qiymətləndirmək məqsədi ilə petrofiziki üsul; İraq neft yataqlarından alınmış konkret misallar
MazinAl-Hilali, Baker Hughes

177333

Layı gücləndirmək, quyuya nəzarət etmək üçün nüvə atributunun və alətin modelləşdirilməsi
EminAlxasov, BP

177330

Suyun vurulma hədəfinin yerini planlaşdırmaq məqsədi ilə adi nəzarət verilənlərin VÖS (DTS) ilə inteqrasiyası
Aydın Cahangir İsmaylov, BP Azərbaycan

1400–1530

2-ci texniki sessiya: Hasilat və əməliyyatlar

Sessiyanın sədrləri: Arif Məmmədzadə, Bakı Ali Neft Məktəbi və Daniel Uayt, BP

Hazırda neftin aşağı qiymətləri şəraitində hasilat əməliyyatlarında təhlükəsizlik və səmərəlilik tələb olunur. Bu sessiyada, hazırkı quyuların dəyərlərini maksimum həddə çatdırmaq üçün region üzrə tətbiq edilən üsulları, quyuları, məhsuldarlıq dövrü bitəndən sonra təhlükəsiz tərk etmək üsulları haqqında bəhs ediləcək. Sessiyaya
təqdim olunmuş işlərdə quyuların əsas təmir üsulları, quyulara suyun vurulmasının optimllaşdırılması, qaz laylarının qapanmasına yol açan kimyəvi emal üsulları, dəniz quyularının tıxaclanması və quyuların tərk edilməsi danışılacaq.

177337

Neft layının həyat siklinin statistik modelləşdirilməsi
BağırSuleymanov, "NeftQazElmiTədqiqatlayihə" İnstitutu, ARDNŞ

177338

ARDNŞ-nin neft yataqlarının quyularında qumla mübarizə
FarizƏhməd, "NeftQazElmiTədqiqatlayihə" İnstitutu, ARDNŞ

177339

Cənub Turqay hovuzunun neft yatağında polimer vurma uğurlu sınaq əməliyyat misalı
JandosAbirov, SNF Vostok

1600–1730

3-cü texniki sessiya: Quyuların tikintisi və bərpası

Sessiya sədrləri: Con Savic, Halliburton və Erik Uolker, BP

Bu sessiyada, quyu dibinin dərinləşdirilməsi olmadan qazmaya sərf olunan vaxtın azalması, qazma mayelərin və sementin optimallaşdırılması, genişlənən quyruqcuların vaxt limitinin uzadılması, qumla mübarizənin nəticə vermədiyi halda təmizləmə imkanları haqqında danışılacaq. Məqsədimiz, müasir enerji resursları bazarında
rəqabətə davamlı olmaq üçün əsas və istismar xərclərini azalmasına yönəldilmiş yeni ideyaları ilə iştirakçıları tanış etməkdir. Bizə qoşulun və bizlə birlikdə quyuların inşasından tutmuş quyuların bərpasınadək Xəzər dənizində tətbiq edilən hasilatı artıran texnologiyaları və metodologiyaları tədqiq edin.

177344

Xəzər regionunda hopdurmanın ləğv edilməsinə dair müxtəlif materialların tətbiqi istiqamətində hərtərəfli yanaşma sementləmə işlərini əvəz edir.
Fərid Ruad Nuriyev, Baker Hughes Incorporated

170751

Məhdudlaşdırıcının təkrar qurulması prosesinin quyu dibinin dərinləşməsi olmadan qazma əməliyyatlarınadək genişlənməsi yolu ilə kapital qoyuluşlarının maksimum səmərərliliyi
Mariya Anjela Valenta, ExxonMobil

177346

NAP yastı reoloji göstəriclərə malik olan qazma mayesinin köməyi ilə Xəzərdə qazma əməliyyatlarının qeydiyyatı
AndreyXaritonov, Halliburton

1600–1730

4-cü texniki sessiya: Neft və qaz kəşfiyyatında risklərin idarə
olunması

Sessiya sədrləri: Yelena Əmirxanova, ERM və Uill Qreys, Schlumberger

Biz, neft və qaz kəşfiyyatında mühüm risklərin idarə olunmasına dair məsuliyyət daşıcısıyıq. Sessiya zamanı təqdimatlarda bu məsuliyyəti necə daşımaq, ona necə nail olmaq məsələləri nümayiş etdirilir. Sessiyaya təqdim edilmiş yazılı işlərdə, quyuların əsas işlənməsinin planlaşdırma mərhələsində geoloji təhlükələrin aşkarlanması, ağır metalların çıxardılması yolu ilə tullantıların axınına dair risklərin minimum həddə endirilməsi, davranışın idarə edilməsi yolu ilə texnoloji təhlükəsizliyin möhkəmləndirilməsi kimi mövzulara toxunur.

177351

Quru və dəniz şəraitində fəaliyyət göstərən neft obyektlərində çalışan işçi heyət üçün təhlükəsizlikdə başçılıq proqramlarının tərtibi və təmini üzrə sürətləndirilmiş təlim siklinin tətbiqi
ValeriyKuçerov, ERM

177352

Quruda neft axıntıların modelləşdirilməsi və iş obyektlərinin mümkün sosial iqtisadi və ekoloji təsirlərinin qiymətləndirilməsi
SaymonQibbonz,
ERM

178140

Multimədəni dəniz mühitində quyu əməliyyatlarını yerinə yetirən heyət ehtiyatlarının idarə olunmasının təminində qarşılaşılan problemlər və əldə edilən uğurlar
FilSmit, Critical Team Performance