PANEL SESSİYALARIN ÜSTÜNLÜKLƏRİ

Bu sessiyalarda hökümət dairələrindən, əməliyyat, servis, konsaltinq şirkətlərindən, elmi-tədqiqat mərkəzlərindən, müxtəlif bilik və təcrübəyə malik olan tanınmış mütəxəssilər və sessiya iştirakçıları iştirak edəcəklər. Onlar, aşağıda sadalanan mövzular üzrə öz mövqelərini nümayiş etdirib müzakirələr aparacaqlar. Bəzi məruzəçilərin çıxışları hələ təsdiq edilməyib.

11.00–12.30 CƏRŞƏNBƏ, 4 NOYABR

1-ci panel sessiyası: Qaz yataqlarının işlənilməsi

Qısa icmal

Həmsədrlər: Elşad Nəsirov, ARDNŞ və Vitaliy Bəylərbəyov, ARDNŞ

Xəzər regionu Türkiyə və Avropaya təbii qazın təchizatının hasilat-satış prosesində əsas rol oynayır.   Stabil geosiyası mühiti və maraqlı tərəflər arasında möhkəm və səlim münasibətləri nəzərə alaraq  Xəzər dənizində qaz yataqlarının işlənilməsi sabit qaz ehtiyatları axınının axtarışında və qaz təminatının təhlükəsizliyində beynəlxalq diqqəti cəlb edir. Bu iclasda hasilat və satış prosesinə təsir göstərən müxtəlif amillərə baxılacaq.

İclas iştirakçıları

  • Vitaliy Bəylərbəyov, ARDNŞ
  • Maykl MakKay, Halliburton
  • Co Merfi, BP
  • Gülmira Rzayeva, Azərbaycan Respublikası Prezidentinin nəznində Strateji araşdırmalar mərkəzi
  • Fuad Əhmədov, ARDNŞ

09.30–11.15 CUMƏ AXŞAMI, 5 NOYABR

2-ci panel sessiyası: Risk və səmərəliliyin idarə edilməsi - Meqa layihələr

Qısa icmal

Həmsədrlər: Vaqif Əliyev, ARDNŞ-in investisiyalar idarəsinin rəisi və Corc Brices, Qlobal müqavilə və materiallar üzrə menecer, ExxonMobil İnkişaf Şirkəti

Son on il ərzində neft və qaz meqalayihələrin işlənib hazırlanmasının dəyəri və mürəkkəbliyi belə layihələrlə bağlı texniki, icraetmə və səmərəlilik risklərinin yüksəlməsi  nəticəsində xeyli artmışdır. Belə bir geniş yayılmış fikir var ki, meqalayihələrlə bağlı hər bir risk layihənin ilk mərhələsində müəyyən edilə və azaldıla bilər.  Lakin hər bir riski davamlı və səmərəli sürətdə azaltmağın yolu həqiqətən kritik amillərin üzərində diqqəti cəmləməkdir:   səmərəli inzibati sistemlərin işlənib hazırlanması,  hər bir müəssisənin uğuruna gətirib çıxaran insan resurslarının dinamikasının inkişaf etdirilməsi, layihənin həyatı boyu riskin tez müəyyən edilməsi və azaldılması haqda tənqidi düşüncə sahibi olan layihə komandasının yaradılması.   Bu sessiyada geniş miqyaslı müəssisələrdə layihə və istismar risklərinin müəyyən edilməsi və azaldılması istiqamətində məsələlər və imkanlar haqqında müzakirələr aparılacaqdır.  İştirakçılar və çıxış edənlər risk mənbələri və onların müvafiq azaldılması strategiyaları barədə dialoqda real təcrübədən misallar gətirəcəklər. Onlar həmçinin dünyanı enerji ilə təmin etmək probleminin həlli yolunda getdikcə genişlənən və mürəkkəbləşən layihələrin kollektiv surətdə həyata keçirilməsinin təkmilləşdirilməsi imkanlarını təhlil edəcəklər.  

İclas iştirakçıları

  • Evan Drammond, Şah-dəniz-2 layihəsi üzrə vitse-prezident, BP
  • Saltuk Düzyol, baş menecer, TANAP
  • İxtiyar Axundov, Baş menecer, BOS Shelf
  • Nekxil Mişra, Neft və qaz işləri üzrə direktor müavini, IPA

09.30–11.00 CUMƏ, 6 NOYABR

3-ci panel sessiyası: Ölkə potensialının inkişafında neft və qaz sənayesi uzaqgörənliyi və təcrübəsi

Qısa icmal

Həmsədrlər: Martin Smit, Yataqların işlənilməsi üzrə vitse-prezident, BP və Teymur Mahmudov, ARDNŞ-in investisiyalar idarəsinin rəis müavini

Bugünkü günümüzdə karbohidrogenlərin axtarışı və hasilatı bir çox hallarda yerli şirkətlər, dövlət orqanları və beynəlxalq neft- qaz sənayesinin əməkdaşlığı üzərində qurulur.   Bu yerli və beynəlxalq təşkilatların iclası iştirakçıların ölkə potensialının inkişaf etdirilməsi sahəsində insan kapitalı və texnoloji ekspertiza ilə bağlı bilik və təcrübələri araşdırılacaq.

Eyni zamanda daima dəyişən dünya bazarında  beynəlxalq səviyyəli yerli elmi-tədqiqat mühiti yaratmaq  məqsədilə insan kapitalının təkmilləşdirilməsi və qorunması üçün tələb olunan təlim və daimi yatırımları əhatə edən xərtinənin  hazırlanmasının praktiki tərəflərinə baxılacaqdır. Hörmətli mütəxəssislər neft-qaz axtarışı və hasilatının intensivləşdirilməsi üçün gələcək texnologiyaların istifadəsi və Xəzər regionunun artan tələbatlarına cavab vermək yolunda olan məsələlərin birgə həlli imkanlarını təhlil edəcəklər.

İclas iştirakçıları

  • Hakon Skrettinq, INTSOK
  • Gökxan Sayqı, Schlumberger şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə bölməsinin prezidenti
  • DXaliq Məmmədov. ARDNŞ-in kadrlar, rejim və təhlükəsizlik üzrə vitse-prezidenti
  • KMG – hələ müəyyən olunmayıb
  • Total – iştirakı təsdiqlənib. İştirakçının adı müəyyən olunmayıb  yer qoymaq