Gün 2 - Texniki Proqram

CÜMƏ AXŞAMI, 5 NOYABR, 1200–1330

5-ci texniki sessiya: Xəzər dənizinin nadir ətraf mühitinin dərk olunması və qorunması

Sessiya sədrləri: Emil Nəsirov, TOTAL və Xalid Rəhimov, Baker Hughes

Bu sessiyanın diqqəti Xəzər dənizinin ətraf mühiti və irsinə dair üç praktiki məsələlər üzərində tolpanılacaq. Bu məsələlər, neft hasilatı nəticəsində zərər dəyən ətraf mühitin bərpa olunmasına dair qərar vermə prosesinin optimallaşdırılması məqsədi ilə ekspert sistemlərindən istifadə etməsinə, Xəzər dənizinə dair ekoloji sistemin
və bioloji müxtəlifliyin iqtisadi faydalarının tətbiqinə və Qazaxıstan arxeoloji məskunlaşma yerlərinin aşkarlamaq üçün uzaqdan idarə olunan qabaqcıl sensor texnologiyalarından istifadə etməsinə toxunacaq.

177356

Şiraz neft emalı zavodunun sahəsində çirklənmiş torpağın bioloji bərpa planı:mikroorqanizmləri parçalayan ağır karbohidrogenlərin müəyyən olunması
MöhseynKuhəstani, İslam Azad Universiteti, Elm və araşırmalar şöbəsi

177357

Xam neftin çirklənməsinə dair sahə tədqiqatı – Verilənlərin toplanma prosesini yaratmaq üçün risk əsasında qurulan prinsiplər
RiçardKroft, ERM

1200–1330

6-cı texniki sessiya: Mexanikləşdirilmiş hasilat

Sessiya sədrləri: Maks Baumert, ExxonMobil və Anatoliy Krasikov, Baker Hughes

Xəzər dənizinin işlənilmiş yataqlarında mexanikləşdirilmiş hasilta üsulları böyük əhəmiyyət kəsb edir. Bu üsullar, Xəzər dənizinin artıq tükənən daha yeni yataqlarının hasilatında get-gedə daha mühüm rol oynayır. Bu sessiyada tükənmə dərəcəsi müxtəlif olan quyularda ejektor nasoslarının istifadəsi, platform quyularında nasoskompressor boruları vasitəsi ilə az xərc tələb edən modifikasiya olunmuş qaz-lift üsulu və EBN istismar dövürünü uzatmaq məqsədi ilə nasos və tamamlama quruluşunun optimallaşdırılması məsələləri haqqında bəhs ediləcək.

177361

Dəyişkən tezlik generatoru
Voysex Endi Limanovka,
Canadian Advanced ESP Inc.

177362

Son qalıq üsulu əsasında ştanqa nasosu ilə quyuların istismarı sisteminin göstəricilərinin proqnozlaşdırılmasına dair sadə təhlil
Izabella KarneyroBastos, Alfenanın Federal Universiteti

177363

Mexanikləşdirilmiş hasilat quyularında quyudaxili nəzarət sistemi ilə hasilatın gücləndirilməsi
LuisEQonzalez, Weatherford

1430–1600

7-ci texniki sessiya: Dəniz və dənizaltı qurğuların texnologiyası

Sessiya sədrləri: Dzulkarnain Azaman, Petronas və Erik Meyer, TOTAL

Bu sessiyada dəniz və dənizaltı texnologiyaların texnoloji və iqtisadi problemləri həll etmək bacarığı haqqında bəhs ediləcək, səmərəli inkişafın dayağı olan faktiki və gələcək dənizaltı texnologiyalar tədqiq ediləcək. İştirakçılara dəniz və dənizaltı işlərə dair liderlərin təcrübələri haqqında təqdimatlar veriləcək. Bu təqdimatlarda dənizaltı işlər, Xəzər dənizinin neft yataqlarına vurulan az duzlu su, dəniz platformalara sahildən enerjinin ötürülməsinin qabaqcıl konsepsiyası haqqında danışılacaq.

177367

Özüqalxan üzən platformaların hidrotexniki hesabatları
Fazil Qurban Həsənov, “Neftqaz” ETİİ ARDNŞ

177368

Mobil yüngül su emalı qurğusunun köməyi ilə dəniz quyularının kəşfiyyatı, istismarı və sınağı zamansuyun yağsızlaşdıran məhlul
YakovŞumakov, Schlumberger

177369

Üfüqi borularda nanomayelərin köməyi ilə ön müqaviməıtin azalmasının eksperimental tədqiqatı
Abdul RasulPuranfard, Şiraz Universiteti

177370

İran qazyatağının API RP 14E eroziya sürəti konstantasının tədqiqi
Məhəmməd AminAriana, Şiraz Universiteti

177371

Qrinfild inkişaf strategiyasına kompleks yanaşma
Diana Şiqapova, Roxar Software Solutions

1430–1600

8-ci texniki sessiya: Quyu məhsuldarlığının artırılması

Sessiya sədrləri: Teyrun Gahramanov, Halliburton və Əli Şeydayev, BP

Quyuların məhsuldarlığının artırılmasına dair işlər bütün növ quyularda hasilatı artırır və ya bərpa edir. Hasilatda sıxıntıların düzgün diaqnozu, hərəkətlərin tövsiyə edilmiş gedişatının işlənib hazırlanması, müvafiq artırılma texnologiyalarının tətbiqi laydan quyuya baç verən axının parametrlərinin optimallaşdırılmasını təmin edir. Bu
isə, quyunun qalan istismar dövrünə müsbət təsir göstərən potensial olaraq geniş miqyaslı qənaətlərə gətirib çıxarır.

Bu sessiya, regionda olan yetkin və gənc yataqlar üzrə quyuların məhsuldarlığının bərpasına dair müxtəlif texnologiyalar haqqında bəhs edəcək. Əsas diqqət, yetkin yataqlara dair təcrübə əsasında əldə edilən nəticələri təhlil edərək, onalrın əsasında 2D modelləşdirilmə apararaq, bərpa edilmiş hasilatın mexanizminin dərk edilməsinə verilir.

177375

Qum şırnağı perforasiyanın səmərəliliyinin artırılması
Serqey Evqenyeviç Çernışov, Perm milli tədqiqat politexnik institutu

177376

Neft hasilatını artırılması məqsədi ilə quyu dibinin lay zonasında vibrodalğa qurğularının təsirinin gücləndirilməsi
Aleksandr Anatolyeviç Şerbakov, Perm milli tədqiqat politexnik universiteti

177377

Azərbaycan yataqlarında layların neft verimliliyinin mikrobioloji gücləndirilməsi təcrübəsi
FəridəAbdullayeva, "NeftQazElmiTədqiqatLayihə" İnstitutu, ARDNŞ

177378

Quyuların yuyulma əməliyyatlarının səmərəliliyinin artıran ağır süxur qırıntılarının çıxarılması üçün E-xətt və sorma alətləri
SamirMollayev, BP

1630-1800 

9-cu texniki sessiya: EOR

Sessiya sədrləri: Rauf ƏliyarovElşən Rzayev, SOCAR Upstream (SUMI)

Bu sessiyada layların neft verimliliyinin müxtəlif artırılma üsullarının planlaşdırılması,tətbiqi və nəzarəti məsələlərinə baxılacaq. Xüsusi diqqət, qazın və suyun laylara vurulması ilə bağlı ən müasir texnologiyaların dünya üzrə icmalına yetiriləcək. Təqdimatlar zamanı Trinidadın və Saudiyyə Ərəbistanın neft və qaz
yataqlarının, qumdaşı və karbonat kollektorlarının işlənməsindən konkret misallar nümayiş etdirələcək.

177383

Qaz injeksiyası üsulu ilə qaz kondenstatından kondensatın ayırılmasının gücləndirilməsi
Dr. MəhəmmədAbdalla Ayub, PETRONAS Texnoloji universitet (UTP)

177377

Azərbaycan yataqlarında layların neft verimliliyinin mikrobioloji gücləndirilməsi təcrübəsi
Kh.M. Ibragimov, FəridəAbdullayeva, "NeftQazElmiTədqiqatLayihə" İnstitutu, ARDNŞ

1630-1800 

10-cu texniki sessiya: Tamamlama işləri üzrə təcrübə halları

Sessiyanın sədrləri: Qreqori Kinq, ExxonMobil və Daniel Uayt, BP

Quyuların etbarlılığı, məhsuldarlığı və istismara yararlığı ilə bağlı problemlərin həlli üçün Xəzər regionunda müxtəlif tamamlama üsullarından və texnologiyalarından uğurla istifadə olunur. Bu sessiyada regiona xas olan çınqıl filtrinin yaradılması ilə alternativ yollu təzə qazılmış quyuların tamamlanmasında layların ilkin təcrid
edilməsi, layla təmas zonasında temperaturun paylanılmış ölçmə üsulundan istifadə edilməsi, və yuxarı tamamlama, fasiləsiz axının təmin edilməsində, hasilatın optimallaşdırılmasında yaranan problemlərin həlli üçün ağıllı tamamlama texnologiyalarından istifadə edilməsi kimi üç hala baxılacaq.

177387

Qazaxstanın Qaraçaqanaq yatağında quyu içi optik lif sensor texnologiyasının tətbiqi
MaykEtuhoko, Karachaganak Petroleum Operating (KPO) bv

177388

Sərt mühit şəraitində elektrik xəttinin köməyi ilə quyulara müdaxilə sayəsində aparılan əməliyyatların optimallaşdırılması
MaykEtuhoko, Karachaganak Petroleum Operating (KPO) bv

177389

Vakuum texnologiyası və Ağıllı sarğı ilə birlikdə bərk doldurucuların çıxardılması sayəsində injeksiya – Azərbaycandan konkret misal
Marlin Del ValleRodriqes, Baker Hughes

177390

Lift sütununun qoruyucu klapanının mürəkkəbliyi: Xəzər dənizində təcrübə
Van M FaizVan M Fablillah, PETRONASCarigali (Türkmənistan) Sdn Bhd