TƏƏSSÜRATLAR

“Belə bir prestijli NMC texniki konfrans və sərgisinin Bakıda keçirilməsi burada, Xəzər regionunda neft və qaz sahəsinin daha da yaxşı dərk edilməsi üçün, həmkarların onlara maraqlı olan məsələlər barədə fikir və təcrübə mübadiləsi aparması üçün fantastik bir imkandır. Mən bu sahə ilə bağlılığı olan hər kəsi həqiqətən də dəyərli olan bu texniki tədbirdə iştirak etməyə və ondan yararlanmağa dəvət edirəm.”
Martyn Smith, BP-nin Yataqların İşlənməsi üzrə Vitse-Prezidenti

“NMC-nin 2014-cü ildə Qazaxıstanın Astana şəhərində keçirilmiş ilk İllik Texniki Konfrans və Sərgisi neft-qaz sahəsinin peşəkarları və alimləri dünyanın bu mühüm regionunda enerji sektorunu irəli aparan müstəsna texniki iş məhsullarını və prosesləri paylaşmaq imkanı yaradıb. Tədbir yerli və regional mütəxəssislərin bəhrələnməsi üçün öyrənmə prosesi üçün katalizator və neft-qaz sahəsində gənclərin inkişafına şərait yaratmaq üçün əla platforma rolunu oynayıb”.
Michael Pillow, Tengizchevroil, Yataqların İdarə edilməsi qrupunun meneceri, Qazaxıstan

 “Dünyanın ən qədim neft regionlarından biri olan Xəzər regionunun yarım əsrdən çox müddət ərzində neft dünyasının qalan hissəsi ilə əlaqəsi nisbətən kəsilmişdi. İlk Xəzər Texniki Konfrans və Sərgisinin Astanada keçirilməsi region bütün dünyadan olan NMC üzvlərinə açdı və xarici və yerli neft mütəxəssislərinin bilik mübadiləsi üçün çox gözəl platforma rolunu oynadı.  ”
Ayjana Yussupbekova, Satellites yatağının mühəndislər komandasının rəhbəri, Şimali Xəzər Əməliyyat Şirkəti

“Chevron Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (NMC) 2014 -cü ildə Qazaxıstanın Astana şəhərində keçirilmiş Birinci Xəzər Texniki Konfransının Qızıl Sponsoru olmaqdan qürur duyur. Üç günlük konfrans texniki bilik mübadiləsi aparmaq, neft-qaz sahəsinin ümdə problemlərini müzakirə etmək, yerli və beynəlxalq müsbət təcrübəni və innovasiyaları öyrənmək üçün əla imkan olmaqla yanaşı həm də xarici və Qazaxıstan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial yaratmış oldu”.
Frank Cassulo, Chevron şirkətinin İdarəedici direktor müavini