Quyuların tamamlanmasında qabaqcıl texnologiya üsullarına dair fikirlər: Ağıllı quyular, axınların sadə və müstəqil idarəetmə qurğuları


Reservoir Descriptions and Dynamics Production and Operations Management and Information Drilling and Completions

2–3 NOYABR 2015

Kursun məzmunu

Kurs zamanı dinləyicilərə, quyuların tamamlanması üzrə qabaqcıl layihələrin işlənib hazırlanması, planlaşdırılması və icra edilməsi üçün tələb olunan  quyuların tamamlanmasında qabaqcıl texnoloji üsullar haqqında əsas məlumat veriləcək. Kurs dinləyicilərinə layihələrin qiymətləndirilməsi, quyu və kollektor davranışının modelləşdirilməsi kimi neft və qaz layihələşdirilmənin amillərinin quyuların tamamlanmasında qabaqcıl texnologiyalarının tətbiqinə olan təsiri haqqında bəhs ediləcək. Dinləyicilər quyuların tamamlanmasında müvafiq qabaqcıl texnologiyanı seçmək məqsədi ilə üsullar və proseslər ilə tanış olacaq.   Dinləyicilər habelə avadanlıq, avadanlığın funksional göstəriciləri, quyuların tamamlanma sxemləri, bu sxemlərin uğurlu tətbiqi yolları haqqında məlumat alacaq.

Kurs gedişatı

1-ci gün

1-ci sessiya Qabaqcıl quyu tamalanma texnologiyasına giriş

  • Quyuların qabaqcıl tamamlanma texnologiyası nəyə deyilir?
  • Quyuların qabaqcıl tamamlanma texnologiyasının elementləri hansılardır?
  • Onlardan harada istifadə edirlər, onların tətbiq olunduğu nümunəvi sahələr hansılardır?
  • Onların üstünlüyü nədədir?

2-ci sessiya Axın idarəetmə qurğuları - sadə qurğular, müstəqil qurğular, axının klapan tənzimləyiciləri

  • Sadə axın idarəetmə qurğularının tipləri və iş prinsipi
  • Müstəqil axın idarəetmə qurğularının tipləri və iş prinsipi
  • Ağıllı quyunun axınlarının idarə edilməsi avadanlığı - buraxılışı və istismara verilməsi
  • Layların ayrılma üsulları: Pakerlər, şişən pakerlər və açıq quyu pakerləri

3-cü sessiya Daim nəzarət avadanlığı

  • Elektron manometrlər və termometrlər
  • Optik lif cihazları: Temperaturun paylanılmış ölçülməsi və azimut istiqamətli verici
  • Axın sürətinin ölçülməsi
  • İnformasiya qəbul sistemi, yerüstü idarəetmə sistemi və verilənlərin inteqrasiyası

4-cü sessiya Qabaqcıl tamamlanma üsullarla tamamlanmış quyuların istismar göstəricilərinin modelləşdirilməsi

  • Qabaqcıl tamamlanma üsullarının düyün analizi
    Şəbəkə analizi
  • Layın modelləşdirilməsi və qabaqcıl quyu tamamlanma üsulu
    Neft quyuları, qaz quyuları, su vurulan quyular, qaz vurulan quyular
  • Quyuların qibrid tamamlanma sxemləri

2-ci gün

1-ci sessiya Mexanikləşdirilmiş hasilat və qabaqcıl quyu tamalanma texnologiyaları

  • Niyə biz mexanikləşdirilmiş hasilat üsulları ilə maraqlanmalıyıq?
  • EMN, qazlift və avtoqazlift

2-ci sessiya Qabaqcıl quyu tamalanma texnologiyalarının sxemləri

  • Tətbiq sahələrinin aşkarlanması
  • Düzgün həll yolunun seçilməsi: Sadə və müstəqil axın idarıetmə qurğuları, və ya ağıllı tamamlanma
  • Üstünlük
  • Avadanlığın göstəriciləri, funksional tələbləri

3-cü sessiya Quyunun qabaqcıl tamamlanma sxemləri və onların tətbiqi

  • Layihənin idarəetmə prosesi
  • Layihənin icra olunma qrafiki - hansı müddətdə layihə icra olunacaq?
  • Sistemə inteqrasiya olma
  • Qabaqcıl quyu tamamlanmasının üstünlüklərinin tətbiqinə zəmanət

4-cü sessiya Qabaqcıl texnologiya ilə tamamlanmış quyuda hasilat əməliyyatları

  • Buraxılışı və istismara veriləməsi
  • Problemlər və onların həlli
  • Hüquqi məsələlər - Layların qarışılması
  • Dəstək tələbləri

Kursun səviyyəsi

Orta

Kursun müddəti

İki gün

Nə üçün siz bu kursda iştirak etməlisiniz?

Əgər işlədiyiniz yerdə quyuların tamamlanmasına dair qabaqcıl texnologiyalar yatağın işlənilməsi layihəsinin tərkib hissəsidir, və ya bu mövzu sizdə sadəcə olaraq maraq doğurursa, bu kurs sizin üçündür.  Kursi bitirdikdən sonra dinləyicilər:

  • quyuların tamamlanmasına aid qabaqcıl texnologiyaların elementlərinə və onların iş prinsiplərinə
  • quyuların tamamlanma texnologiyalarının nümunəvi tətbiq sxemlərinə,
  • quyuların tamamlanma texnologiyalarının üstünlüklərinə,
  • ən yüksək effektivliyə nail olmaq üçün düzgün texnologiyanın seçim prinsipinə,
  • quyuların tamamlanmasına dair qabaqcıl texnologiya layihəsi ilə idarə etmək prinsiplərinə
  • quyuların tamamlanmasına dair qabaqcıl texnoloji üsullarına nəzarət və istismar etmək prinsiplərinə yiyələnəcək.

Bu kursların dinləyiciləri kimlər olmalıdır?

Neft və qaz quyuların işlənilməsi, tamalanması və hasilatı ilə məşğul olan mühəndislər, ağıllı quyular, sadə və müstəqil axın idarəetmə qurğuları, bunların tətbiq edilmə sahələri haqqında daha geniş bilik almaq arzu edənlər bu kursun dinləyiciləri ola bilərlər.

CEU balları

Mühəndislər karyeraları boyu peşəkar biliklərinin artırılmasına görə məsuliyyət daşıyır. Əksər hallarda dövlət orqanları lisenziyaya, diploma  və/və ya sertifikata malik olan mühəndislərdən fasiləsiz peşəkar təkminləşmə və təlim haqqında sənəd təqdim etməyi tələb edirlər. Məqbul xallar siyahısna, davamlı təhsil balları (CEU) və ya peşəkar təkmilləşmə saatları (PDH) daxildir.

SPE təlim kurslarının dinləyicisi hər gün iştirakına görə 0,8 CEU balı alacaq. Treninq-kurs bitdikdən sonra hər dinləyici sertifikat alacaqdır.

Təlimatçının

Mixail Konopçinski, neft və qaz texnologiyaları üzrə müstəqil məsləhətçi "K-Ski Petroleum Tech LLC" şirkəti), quyuların tamamlanmasına dair qabaqcıl texnologiyalar üzrə mütəxəssisidir.  Ondan qabaq, o, "Halliburton Completion Tools" şirkətində kollektorların işlənməsi üzrə , "Halliburton Intelligent Completions / WellDynamics" şirkətində isə texnoloji məsələlər üzrə direktor vəzifəsində çalışmış, "ağıllı quyu" texnologiyasının tətbiqi, neft və qaz yataqlarının işlənməsinin texnoloji məsələləri ilə rəhbər kimi məşğul olmuşdur. "WellDynamics" şirkətində 2001-ci ildə daxil olmazdan qabaq, o, 20 il "Shell Canada" şirkətində çalışmış, hasilat və texnologiya məsələləri ilə, o cümlədən, Kanadada, ABŞ-da, Omanda buxarın yatağa termik üsulla verilməsi, hasilatın CO2 ilə yüksəlməsi, dərin sulfid tərkibli səmt qaz quyuların, qaz kondensat yataqlarının işlənməsi məsələlər ilə məşğul idi.

Fees

Members: USD 800
Nonmembers: USD 900

QEYDİYYAT

Venue

GIPRO, 88a Hasanbey Zardabi Ave, Baku, Azerbaijan. AZ1012

Contact

Email: ctceinfo@spe.org.
Call:  +44 (0) 20 7299 3300