Qum təzahürləri ilə mübarizə mövzusuna giriş


Production and Operations Drilling and Completions

2–3 NOYABR 2015

Kursun məzmunu

Bu kurs quyunun tamamlama işləri üzrə başlıca qum təzahürü ilə mübarizə mövzularına həsr olunub və avtonom rejimdə çalışan ekranlar, çınqıl ilə doldurulma, yüksək gərginlikli su ilə doldurulma və çınqıllı filtrlərin doldurulması ilə yaranan hidroboşluq daxil olmaqla bütün sənaye üzrə ümumi istifadə olunun qum təzahürü ilə mübarizə üzrə müxtəlif texnikaları təqdim edir. Bu yalnız neft yatağı əməliyyatları ilə bağlı əsas anlayışları tələb edirdi və növbəti tamamlama işlərində istifadə etmək üçün hər bir texniki üstünlük, məhdudiyyət, tətbiqetməni daha yaxşı anlamağa çalışan, qum təzahürü ilə mübarizə təcrübəsinə malik qazma, tamamlama və istehsal heyəti üçün nəzərdə tutulub. Kurs həmçinin təhlil və çınqılların ölçüsü, eləcə də quyular üçün avadanlığın seçilməsi daxil olmaqla, başlıca qum təzahürü ilə mübarizə planı, quraşdırma və qiymətləndirmə kimi məsələləri əhatə edir, praktik tapşırıqlar və müzakirələr vasitəsilə interaktiv şəkildə həyata keçirilir.

Kurs gedişatı

1-ci gün

  • Qum təzahürü ilə mübarizə ilə bağlı təqdimat - geomexanika və quyuda qum təzahürünün qarşısının alınmasının əsaslarına, qum təzahürünün əhəmiyyətinin və tələb olunması ehtimal olunan şərtlərin müzakirəsinə baxış keçirilməsi.
  • Qum təzahürləri ilə mübarizə üsulları - müvafiq üstünlük və çətinlikləri ilə sənayedə istifadə olunan qum təzahürləri ilə müxtəlif mübarizə üsullarının təqdim edilməsi.
  • Tamamlama növləri və seçim - quyu üçün müvafiq tamamlama növü və qum təzahürləri ilə mübarizə üsullarının seçilməsində rezervuar və loqistika məsələlərinin müzakirə edilməsi.
  • Süzgəc və çınqıl seçimi - quyu üçün ən müvafiq süzgəc və çınqıl (növ və ölçülər) seçimində istifadə olunan təlimatların müzakirə edilməsi.
  • Qum təzahürü ilə mübarizə üçün quyu hazırlığı - rezervuar qazma məhlulu, quyunun təmizlənməsi və məhlul itkisinə nəzarət daxil olmaqla qum təzahürü ilə mübarizə işinin tamamlanması zamanı quyuların müxtəlif xüsusiyyətlərinin nəzərə alınmasının müzakirə edilməsi.
  • Təcrübi layihə - İştirakçılar quyu haqqında başlıca məlumat ilə təmin ediləcəklər və onlar qum təzahürü ilə müvafiq mübarizə üsullarını seçməlidirlər.

2-ci gün

  • Avtonom süzgəc - müvafiq üstünlük və çətinlikləri ilə birgə qum süzgəclərinin müxtəlif növlərinin nəzərdən keçirilməsi. Qum tıxacının sınaqdan keçmə metodologiyası və avtonom süzgəcin tətbiqinin müzakirə edilməsi.
  • Boru məhlulları sistemləri - Nyuton, VES və polimer maddələr daxil olmaqla qum təzahürünün qarşısının alınması işlərində istifadə olunan müxtəlif daşıyıcı məhlul sistemlərinin müzakirə edilməsi.
  • Quyu tamamlama avadanlığı - xidmət alətləri, təzyiq reduktoru və paralel birləşmə boruları daxil olmaqla qum təzahürü ilə mübarizə işlərində istifadə olunan quyu avadanlıqlarına baxış keçirilməsi.
  • Çınqıl süzgəcinin yuyulması üsulları - müvafiq üstünlük və çətinlikləri ilə sənayedə istifadə olunan çınqıl süzgəcinin yuyulması üsullarının müzakirə edilməsi.
  • Çınqıl süzgəcinin dəyərləndirilməsi və iş göstəricisi - Çınqıl süzgəcinin işinin qiymətləndirilməsi üçün müxtəlif alətlərin müzakirə edilməsi
  • Yekun icmal və rəylər - Əsas mövzular və başlıca məqamların nəzərdən keçirilməsi. Kursun təkmilləşdirilməsi üçün iştirakçılardan rəylərin toplanması.

Kursun səviyyəsi

Başlanğıc/ Orta

Kursun müddəti

İki gün

Nə üçün siz bu kursda iştirak etməlisiniz?

İştirakçılar aşağıdakı sahələr üzrə anlayışlar əldə edəcəklər:

  • nə zaman və nə üçün zəruri olduğu daxil olmaqla başlıca qum təzahürü ilə mübarizə anlayışları.
  • üstünlük və məhdudiyyətlər daxil olmaqla, sənayedə istifadə olunan müxtəlif qum təzahürü ilə mübarizə üsulları.
  • gələcək tamamlama işlərində istifadə etmək üçün tamamlama işlərinin seçilməsi üzrə meyarlar və tətbiq sahələri
  • qum təzahürü ilə mübarizə layihəsi, quraşdırma və qiymətləndirmənin əsasları

Bu kursların dinləyiciləri kimlər olmalıdır?

Bu kurs qum təzahürü ilə mübarizə üzrə tamamlama və əməliyyatlar barədə daha yaxşı anlayış əldə etməyə çalışan, qum təzahürü ilə mübarizə sahəsi üzrə təcrübəyə malik qazma, tamamlama və istehsal heyəti üçün nəzərdə tutulur. İşçi heyətin tutduğu vəzifələrə aşağıdakılar daxil ola bilər:

  • Sahə üzrə mühəndis/ mütəxəssis/ texnik
  • Tamamlama üzrə mühəndis
  • İstehsal üzrə mühəndis
  • Qazma mühəndisi
  • Məhsul istehsalı üzrə mühəndis
  • Tədqiqat üzrə mühəndis

Xüsusi tələblər / zəruri şərtlər

Kurs zamanı müəyyən tapşırıqlar üzrə kompüter və kalkulyator tələb olunur.

CEU balları

Mühəndislər karyeraları boyu peşəkar biliklərinin artırılmasına görə məsuliyyət daşıyır. Əksər hallarda dövlət orqanları lisenziyaya, diploma  və/və ya sertifikata malik olan mühəndislərdən fasiləsiz peşəkar təkminləşmə və təlim haqqında sənəd təqdim etməyi tələb edirlər. Məqbul xallar siyahısna, davamlı təhsil balları (CEU) və ya peşəkar təkmilləşmə saatları (PDH) daxildir.

SPE təlim kurslarının dinləyicisi hər gün iştirakına görə 0,8 CEU balı alacaq. Treninq-kurs bitdikdən sonra hər dinləyici sertifikat alacaqdır.

Təlimatçının

Filip geniş sayda qum təzahürü ilə mübarizə üzrə tətbiqi proqramlar, konsaltinq və təlim xidmətlərini təmin edən mühəndislik üzrə müstəqil konsultasiya şirkəti DuneFront-un təsisçisi və İcraçı direktorudur. DuneFront şirkətini təsis etməzdən əvvəl o, Schlumberger-də quyu alətləri, ekranları və proqram təminatları üzrə  Hyustonda yerləşən qum təzahürü ilə mübarizə üzrə qərargahda Məhsul üzrə cavabdeh vəzifəsini daşımazdan öncə  müxtəlif yeni texnoloji layihələrdə tamamlama və boru xidmətləri üzrə sahə mühəndisliyi daxil olmaqla bir sıra vəzifələrdə çalışıb. Belə ki, o, gənc və təcrübəli mühəndislər üçün təlimlər həyata keçirməklə bütün dünya üzrə qum təzahürü ilə mübarizə əməliyyatlarına cəlb olunmuşdur. Hal-hazırda o, beynəlxalq miqyasda müxtəlif müştərilər üçün layihə və qum təzahürü ilə mübarizə sahəsində fəaliyyət göstərir və tamamlama və qum təzahürü ilə mübarizə ilə bağlı bir sıra texniki sənədlərin, təqdimatların və patentlərin müəllifidir. O, Neft Mühəndisləri Cəmiyyətinin üzvüdür və London Kral Kollecinin Mexanika mühəndisliyi üzrə magistr dərəcəsi alıb.

Fees

Members: USD 800
Nonmembers: USD 900

QEYDİYYAT

Görüş yeri

GIPRO, 88a Hasanbey Zardabi Ave, Baku, Azerbaijan. AZ1012

Əlaqə

Email: ctceinfo@spe.org.
Call:  +44 (0) 20 7299 3300