İÇLİK “İŞTİRAKA DƏVƏT”

Hörmətli həmkarlar!

Neft-qaz Mühəndisləri Cəmiyyəti adından böyük məmnuniyyətlə elan edirik ki, illik Xəzər Texniki Konfrans və Sərgisi Bakıda 2015-ci ilin noyabr ayında keçiriləcək və ARDNŞ tərəfindən təşkil olunacaq.

Hazırki tədbir 2014-cü ildə Astanada (Qazaxıstan) uğurla keçirilən konfransın ardıdır və Neft-qaz Mühəndisləri Cəmiyyətinin Xəzər neft-qaz şirkətlərinin dəstəklənməsi məqsədi ilə regionda proqram və tədbirlərin,  texniki resursların genişlənməsi planlarına əsaslanır.

Konfransın proqramı mütəxəssislərin tematik iclaslarından və texniki sessiyalardan ibarətdir ki,  onların keçirilməsi zamanı bilik, qabaqcıl təcrübə  və iş təcrübəsi  mübadiləsi üçün məruzələr  təqdim ediləcək.
Bu konfrans regional xarakter  daşıyır  və biz həm Xəzər regionu  nümayəndələrindən, həm də bütün dünyadan  iştirak haqqında təkliflər qəbul etməyə hazırıq. 

Neft-qaz Mühəndisləri Cəmiyyətinin konfrans və sərgisi çərçivəsində geniş spektrli mövzular üzrə təqdimatlarla çıxış etməyə hazır olan məruzəçiləri dəvət edirik və aşağıdakı şəxslərdən    məruzələr almaq istərdik:

  • neftqaz şirkətlərinin mütəxəssisləri, ekspertləri və rəhbərlərindən;
  • xidmət, konsaltinq şirkətlərinin və təchizatçı şirkətlərin nümayəndələrindən;
  • dövlət nəzarət orqanlarından;
  • sağlamlığın, əməyin və ətraf mühitin qorunması üzrə təşkilatların mütəxəssisləri və nümayəndələrindən;
  • yerli, milli və beynəlxalq dövlət təşkilatlarından;
  • qeyri-hökumət təşkilatlarından;
  • peşəkar assosiasiyalardan;
  • universitetlərdən, elmi-tədqiqat mərkəzlərindən və institutlardan.

Sizdən texniki təkliflər alacağımıza və 2015-ci ilin noyabrında sizi Bakıda görəcəyimizə  ümid edirik

Xoşbəxt Yusifzadə
ARDNŞ-nin birinci  vitse-prezidenti

Martin Smit
BP kollektorlarının emalı üzrə vitse-prezidenti