SPE illik Xəzər Texniki Konfransı 16 - 18 oktyabr 2019 Fairmont Bakı, Bakı Alov Qüllələri, Azərbaycan

 

 

 

Ev sahibi

Rəqəmsal transformasiya: Gələcəyə qapı açaq

6-cı illik tədbir

XTKS 2018-ci ildə Qazaxıstanda keçirdiyi uğurlu 5-ci tədbirinin ardınca özünün 6-cı illik tədbirini keçirmək üçün yenidən Azərbaycanın Bakı şəhərinə qayıdır. Sonuncu tədbirdə Qazaxıstan Respublikası hökumətini, habelə Xəzər regionunda fəaliyyət göstərən neft-qaz şirkətlərini və konsorsiumlarını təmsil edən yüksək səviyyəli natiqlər iştirak edib.

2019-cu ildə keçiriləcək tədbir Xəzər regionu və bütün dünyada dəyişməkdə olan neft-qaz sənayesinə regional və xarici neft və qaz mütəxəssislərinin səriştəsi və müsbət təcrübəsi prizmasından nəzər salacaq. Bu tədbir peşəkar inkişaf üçün ideal platformadır. O həmçinin iştirakçılar arasında şəbəkələşmə, bilik və təcübə mübadiləsi üçün unikal imkandır.

 

Konfrans haqqında məlumat ►

 

SPONSORLAR

 


Panel Session Topics Now Confirmed!

 


1.
Past, Present and Future


2.
Sustainability, Growth and Profit


3.
New Generation Talent and Human Factors


Konfransın keçirilmə tarixini təqviminizdə qeyd edin

Mark Your Calendar
for the Conference
 (.ics) 


Bu tədbirdə iştirak sizə hansı imkanları yaradır:


 

Xəzər regionunun üzləşdiyi əsas problemləri araşdıran panel sessiyalarına ÇIXIŞ əldə edirsiniz

 

 

Tədqiqatlara əsaslanan prezentasiyaların yer aldığı, bilik və təcrübə mübadiləsi üçün şərait yaradan tam texniki proqramda öz biliyinizi ARTIRIRSINIZ

 

 

İnnovativ taktika və tətbiq oluna bilən alətlər ƏLDƏ EDİR, neft-qaz sahəsinin əsas oyunçularının ən son texnologiyalar, məhsul və metodlarını öyrənirsiniz

 

 

Çox gözəl şəbəkələşmə imkanları vasitəsilə öz peşəkar şəbəkənizi GENİŞLƏNDİRİRSİNİZ


KİMLƏR İŞTİRAK EDİR


Neft və qaz peşəkarları, ekspert və menecerlər

Xidmət, təchizat və konsaltinq şirkətləri

Hökumət qurumları

Sağlamlıq, təhlükəsizlik və ətraf mühit mütəxəssiləri və nümayəndələri

Yerli, milli və beynəlxalq hökumət təşkilatları

Qeyri-hökumət təşkilatları

Peşə cəmiyyətləri

Universitetlər, tədqiqat mərkəzləri və institutlar


iştirakı ilə

 

 

“KMG şirkəti SPE-nin illik Xəzər Texniki Konfrans və Sərgisinə (CTCE) dəstəyi davam etdirməkdən məmnunluğunu bildirir. Bu tədbir son 5 il ərzində özünü Xəzər regionunda mütləq iştirak edilməli olan texniki toplantı kimi təsdiq edib. Tədbir böyük beynəlxalq maraq və iştirakı cəlb etməklə yanaşı, neft və qaz sənayesinin inkişafına töhfə verməkdədir. Həm panel, həm də texniki sessiyalarda regional problemlər neft-qaz sənayesi ekspertlərinin təqdimat və təcrübələrində peşəkarcasına əks olunur. Texniki məzmunun keyfiyyəti, habelə bütün regiondan qatılan iştirakçıların sayının davamlı yüksək olması bu tədbirin öyrənmə baxımından əhəmiyyətini və əməkdaşlarımızın texniki səriştəsinin göstəricisidir”.​

John Richard Denis, "KazMunayGas” SRI PDT KMG şirkətinin Hasilat və Qazma Texnologiyaları üzrə Elmi-tədqiqat İnstitutunun baş direktoru

 

 

 

 

“SOCAR hasilat və kəşfiyyat üzrə ixtisaslaşan Azərbaycan neft və qaz icmasının (SPE, SEG, EAGE) sayları get-gedə artmaqda olan xarici iştirakçılarla görüşərək texnoloji fikir mübadiləsi apara bildiyi bu unikal və inklüziv tədbirdə yaxından iştirak edir. Bütün dünyadan, o cümlədən Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyadan yüksək səviyyəli natiqlər, nümayəndə və texniki müəlliflərin iştirak etdiyi bu tədbir artıq beynəlxalq səhnədə sözün əsl mənasında Xəzər regional konfransına çevrilib”.​

Xoşbəxt Yusifzadə,, SOCAR-ın Birinci Vitse-prezidenti