Yeni reallıqlara uyğunlaşmaq səmərəliliyi və məhsuldarlığı maksimuma çatdırmaq deməkdir

Qlobal pandemiya ilə bağlı hələ də bir çox qeyri-müəyyənliyin olduğunu nəzərə alaraq, SPE İllik Xəzər Texniki Konfransını bu il Bakıda üz-üzə konfrans əvəzinə virtual tədbir kimi keçirilməsinə qərar verildi.

Format dəyişsə də, konfransın məqsədi Azərbaycan və Xəzər regionun neft və qaz mütəxəssislərini bir araya gətirib, son texniki inkişafları müzakirə etmək və bölgəni neft və qaz sənayesində texniki yenilik və təcrübə mərkəzi kimi təşviq etmək kimi qalır.

Ev sahibi

Konfrans haqqında məlumat 🧾

 

Yerli, regional və beynəlxalq neft və qaz mütəxəssislərinin dinləyicilərini bir araya gətirən yeni virtual format tədbiri, heç bir səyahət məhdudiyyəti olmadan, daha geniş bir kütləyə açacaqdır.

 

Yeni interaktiv virtual platforma

Bu il təkbətək ünsiyyəti təmin edən, real vaxtda sual-cavab sessiyalarını keçirən və süni intellekt vasitəsi ilə bilavasitə maraqlara uyğun olaraq iştirakçıların seçimi edən yeni bir virtual interfeysdən istifadə edəcəyik.

 

Dünya səviyyəli konfransın proqramı

Xəzər regionunda neft və qaz sənayesinin tanınmış beynəlxalq platforması və əsas hadisəsi olan SPE konfransı geniş mövzuları əhatə edən ətraflı texniki proqram təqdim edir.

Üç panel sessiyası yeni texnologiyalar və rəqəmsallaşdırma yolu ilə potensialın açılması, çətin bazara istedadların cəlb edilməsi və saxlanılması və bugünkü dəyişən mühitdə səmərəliliyin artırılması kimi mövzuları əhatə edir.

 


Sizin bizə oktyabr ayında qoşulmalı olmağınızın səbəbləri...


Xəzər regionunun aparıcı texniki neft-qaz tədbirləri
Xəzər regionunun qarşısında dayanan əsas problemləri öyrənən, neft və qaz sahəsində yerli, regional və beynəlxalq mütəxəssislərin ən böyük yığıncağına siz də qoşulun

Bu sahənin liderlərini və texniki eksertləri dinləyin
Bu sahə üzrə tanınmış ekspertlər sizə neft-qaz sahəsinin bu günkü vəziyyəti barədə anlayış verəcəklər

Dünya səviyyəli konfransın proqramı
bilik, qabaqcıl təcrübə və iş təcrübəsi mübadiləsinə yardım göstərilməsi üçün elmi-əsaslandırılmış təqdimata vurğulanmaqla geniş mövzuları əhatə edən ətraflı texniki proqram.

Ən mükəmməl şəbəkə ünsiyyəti
bu Sahənin peşəkarları ilə ünsiyyətdə olun və bizim mükəmməl şəbəkə imkanlarımızdan yararlanmaqla öz peşəkar, tərəfdaşlıq münasibətlərinizi genişləndirin..

 


Kimlər iştirak edəcəklər


Neft-qaz mütəxəssisləri, ekspertləri və menecerləri

Xidmət, təchizat və konsaltinq şirkətləri

Tənzimləyici dövlət orqanları

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması sahəsində mütəxəssislər və nümayəndələr

Yerli, milli və beynəlxalq hökumət təşkilatları

Qeyri - hökumət təşkilatları

Peşə cəmiyyətləri

Universitetlər, tədqiqat mərkəzləri və institutlar


Rəylər


«Rəqəmsal transformasiya bizim sahədə və onun hüdudlarından kənarda böyük maraq doğurur. Bu mövzu 2019-cu ildə geniş auditoriyanın diqqətini cəlb etdi və çox maraqlı texniki materialların yaranmasına səbəb oldu. Mən panel sessiyaları zamanı müzakirələrin yaxşı səviyyəsini xüsusilə yüksək qiymətləndirdim. Habelə gözəl iştirak səviyyəsini də qeyd etmək lazımdır».

Denis Lamarşal, İdarəçi direktor Total E&P Azerbaijan | Xəzər Texniki Konfransı, 2019-cu il.

«Regionun nümayəndələrinə bütün dünyadan olan həmkarlarla ünsiyyətdə olmağa və neft-qaz bölməsində sahə tendensiyalarına öz baxışları ilə bölüşməyə imkan verən mühüm sahə hadisəsidir».

Ted Etçison, Tengizşevroylun baş direktoru

«Bu tədbirin təkrarsızlığı ondan ibarətdir ki, o, özəl xüsusiyyətlərə malik olan Xəzər regionunda keçirilir, üstəlik onun o üstünlüyü vardır ki, bu regionda sənaye fəaliyyətini həyata keçirən maraqlı tərəflərə informasiya mübadiləsini aparmağa imkan verir».

Denis Lamarşal, İdarəçi direktor Total E&P Azerbaijan | Xəzər Texniki Konfransı, 2019-cu il.

«SPE İllik Xəzər Texniki Konfransı neft və qaz sahəsi̇ndə aparıcı yerli̇ və beynəlxalq  mütəxəssi̇sləri problemlər və təcrübə mübadi̇ləsi̇ aparılması, texni̇ki̇ bi̇li̇kləri̇n artırılması, i̇şgüzar şəbəkələri̇n yaradılması, həmçi̇ni̇n yeni texnologiyaları və sahə yeniliklərini dərindən anlamaq üçün bir yerə toplamaqda davam edir».

Nikolo Aqqodjeri, İdarəçi direktor, Agip Caspian Sea, ENI

«Bu SPE ixtisaslaşdırılmış konfransı neft-qaz sahəsində istifadə edilən yeni texnologiyaların müzakirə edilməsi, müxtəlif ölkələrdən olan peşəkarların təcrübəsinin mübadilə edilməsi üçün çox gözəl meydandır və həddən artıq əhəmiyyətli bir hadisədir».

Baltabek Kuandıkov, Qazaxstanın Neftçi-Geoloqlar Assosiasiyasının Prezidenti


8-ci illik tədbir


Bizim Azərbaycanda 2019-cu ildə keçirilmiş tədbirimizə dünyanın 26 müxtəlif ölkəsindən 500-dən artıq iştirakçı qatılmışdır və biz bu sahənin əsas iştirakçılarının, o cümlədən BP, SOCAR, TOTAL, Azərbaycan Respublikasının Energetika Nazirliyinin, Schlumberger, TCO və bir çox başqalarının iştirakını alqışlayırıq. 

Bundan əvvəlki tədbir barədə burada oxuyun>> 


SPONSORLAR