İcraiyyə komitəsi sədrlərinin salamlama nitqi

Hörmətli həmkarlar!

İcra və Proqram Komitələri adından sizi 8-ci SPE İllik Xəzər Texniki Konfransında (CTC) salamlamaqdan məmnunluq duyuruq.

Bu il qlobal pandemiya ilə əlaqəli davam edən qeyri-müəyyənlik səbəbindən konfrans virtual formatda keçiriləcək. Bu dəyişikliyə baxmayaraq, konfransın məqsədi Azərbaycan və Xəzər regionun neft və qaz mütəxəssislərini bir araya gətirib, son texniki inkişafları müzakirə etmək və bölgəni neft və qaz sənayesində texniki yenilik və təcrübə mərkəzi kimi təşviq etməkdir.

Son zamanlarda neft və qaz sənayesi həm ucaldı, həm uğursuzluqlar yaşadı, lakin keçən il qarşılaşdığı çətinliklər müqayisə olunmazdı. COVID-19 pandemiyası tələbə təsir etdi və işləmə tərzini dəyişdirdi. Həmçinin aşağı karbonlu mühitə keçid yeni texnologiyaların tətbiqinə və prespektivliyinə daha çox diqqət yetirilməsinə məcbur etdi.

Regional səviyyədə, Xəzərdə neft və qaz hasilatının texniki problemlərini və bir çox yataqların köhnəlməsi nəzərə alaraq, sənaye bu problemlərə uyğunlaşma yollarını və səmərəliliyinin artırılması yollarını axtarır. Kəşfiyyat xərclərini azaltmaq üçün məhsuldarlığı və səmərəliliyi artırmaq, daha mürəkkəb ehtiyatları tapmaq və inkişaf etdirmək, neft hasilatını artırmaq priorititetdir. Rəqabət qabiliyyətini artırmaq, daha az resursla işləmək və pandemiya sonrası səmərəliliyi qorumaq bu səylərin mərkəzində olacaqdır.

Demoqrafiya dəyişikliyi və sənaye algılarının bütövlükdə dəyişməsini nəzərə alsaq müzakirələr, İstedadları cəlb etmək və saxlamaq kimi də, rəqəmsal texnologiyaların köməkliyi ilə uzunmüddətli və davamlı performansa nail olmaq üçün əsasdır.

Builki Xəzər Texniki Konfransında üç əsas panel sessiyası keçiriləcək: yeni texnologiyalar və rəqəmsallaşdırma yolu ilə potensialın açılması; çətin bazara istedadların cəlb edilməsi və saxlanılması; və bugünkü dəyişən mühitdə səmərəliliyin artırılması. 50-dən çox texniki məqalələrin, panel və poster sessiyalarının təqdimatı keçiriləcəkdir. Yerli və beynəlxalq səviyyədə sənaye liderləri və mütəxəssisləri ilə əlaqə qurmaq üçün unikal bir fürsətdır.

Sizinlə oktyabr ayında görüşməyi səbirsizliklə gözlüyürük.

Hörmətlə,

 

Regis Agut
Total

Roşni Musai
BP

Xoşbəxt Yusifzadə
SOCAR